Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakıda valideyn müəllimi məhkəməyə verdi - 103 min manat istədi

Bakının Qaradağ rayonunda yaşayan Samirə Heydərova 106 saylı ora məktəbin ibtidai sinif müəllimi Tünzalə Qasımovaya qarşı məhkəmə qərarından apellyasiya şikayəti verib.

Yenicag.az-ın xəbərinə görə, işə Bakı Apellyasiya Məhkəməsində hakim Raqib Qurbanovun sədrliyi ilə baxılacaq.

Məhkəmənin ilkin baxışı iyulun 17-nə təyin edilib.

İddiaya əsasən S. Heydərovanın qızı, məktəbin 1-ci sinif şagirdi Nihal Heydərli müəllim tərəfindən döyülüb. Müəllimə qarşı maddi və mənəvi ziyana görə 103 min manatlıq təzminat iddiası qaldırılıb. Eyni zamanda T. Qasımova da valideynə qarşı şikayət verib. Hər iki iddia Bakı Apellyasiya Məhkəməsində araşdırılacaq.

Qeyd edək ki, Qaradağ Rayon Məhkəməsinin hakimi Rəşad Məmmədov işi araşdıraraq, ilə hər iki tərəfin iddiasını əsassız sayıb. Buna görə tərəflər apellyasiya şikayəti verib. S. Heydərovanın sözlərinə görə, N. Heydərlinin döyülməsi faktı üzrə tibbi ekspertiza da keçirilib. Ekspertizada uşağın döyüldüyü və küt əşya tərəfindən vurulduğu təsdiq olunub. Bu da yüngül xəsarət kimi qiymətləndirilib./APA/

Loading...

www.yenicag.az

2933
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100