1 iyul 2018-ci il tarixində Bakıda və Abşeron yarımadasında bütün instrumental müşahidə dövrü ərzində (120 il) rekord temperatur göstəricisi qeydə alınıb – 43-44 dərəcə.
Bu barədə Yenicag.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Milli Proqnozlar Bürosundan məlumat verilib.
Bildirilir ki, bundan əvvəl rekord göstərici Bakı üçün 2017-ci ilin avqust ayında müşahidə edilib – 41, 6 dərəcə. Bu gün qeyd olunan temperatur həm iyul ayı üçün, həm də bütün yay mövsümü üçün rekord temperaturdur.