Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakıda və Masallıda narkotacirlər saxlanıldı

Bakıda və Masallıda narkotacirlər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini S.Kərimov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 422 qramdan artıq heroin aşkar edilərək götürülüb.

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş E.Soltanov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 440 qramdan artıq marixuana aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

317
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100