!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda vəfat edən şəxsə cərimə yazılıb: BDYPİ-dən REAKSİYA/VİDEO

!Reklam – Yazi

Bakıda vəfat edən şəxsə cərimə yazılıb.

Yenicag.az xəbər verir ki,belə ki, sözügedən hadisə paytaxtın Binəqədi rayonu, Azadlıq prospekti, Əcəmi Naxçivani 11 küçəsində qeydə alınıb.

Şikayətçi Şahin Rzayev bildirib ki, avtomobil nasaz vəziyyətdədir, dörd ildir ki, atası vəfat etdikdən sonra sürülməyib.

Lakin Baş Dövlət Yol Polisi İdarəsi (DYP) tərəfindən maşına texniki baxış keçirilmədən idarə olunduğuna görə 50 manat məbləğində cərimə yazılıb.

Bununla bağlı Oxu.Az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Qeyd edilib ki, Dövlət Yol Polisinin istifadəsində olan xüsusi texniki vasitə ilə ilkin baxış zamanı 10-UH-636 dövlət qeydiyyat nömrə nişanlı “Opel Omega” markalı minik avtomobilinin hərəkətdə olması aşkar edilib.

“Bununla yanaşı, hazırda şikayətçi olan Şahin Rzayevdən müvafiq qaydada Baş Dövlət Yol Polis İdarəsinə müraciət etməsi xahiş olunur. Təbii ki, bundan sonra müraciətə mahiyyəti üzrə baxılaraq məsələyə hüquqi qiymət veriləcək”, – deyə BDYPİ-dən bildirilib.

 

 

 

 

www.yenicag.az

271
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv