Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Bakıda XİN rəhbərlərinin şərəfinə ziyafət - FOTOLAR

Bu gün Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin şərəfinə ziyafət verilib.

Yenicag.az xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva mərasimdə çıxış edib.

Birinci vitse-prezident çıxışında sivilizasiyalararası dialoqda oynadığı fəal rolu sayəsində Azərbaycanın bu gün dünyanın multikulturalizm mərkəzlərindən biri kimi tanındığını qeyd edib.

Mehriban Əliyeva ölkəmizin dünyanın üzləşdiyi çox sayda ciddi problemləri müzakirə etmək üçün müxtəlif beynəlxalq tədbirlər təşkil etdiyini qeyd edib.

Azərbaycanın Birinci vitse-prezidenti Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllini tapmalı olduğunu qeyd edib.

Mehriban Əliyeva Azərbaycanın öz uğurlu inkişaf strategiyasını müəyyən etdiyini, ölkənin mühüm siyasi və iqtisadi islahatlar həyata keçirdiyini vurğulayıb.

Birinci vitse-prezident Azərbaycanın “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyi etmək üçün namizədliyini irəli sürdüyünü xatırladaraq, ölkənin namizədliyinin dəstəklənəcəyinə ümidvar olduğunu bildirib.

Sonra Azərbaycanın “Ekspo-2025” Ümumdünya Sərgisinə ev sahibliyinə namizədliyi ilə bağlı videoçarx nümayiş olunub.

Mərasim konsert proqramı ilə davam edib.

www.yenicag.az

4108
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS