Reklam: High Technic
hightechnic

Bakıda yanacaqdoldurma məntəqəsinə silahlı basqın - VİDEO

Xətai rayonunda soyğunçuluq hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə Əhmədli qəsəbəsində yerləşən “LUKoil” yanacaqdoldurma məntəqəsində qeydə alınıb.

Üzünə maska taxan iki nəfər şəxs əli silahlı yanacaqdoldurma məntəqəsinə daxil olublar. Soyğunçular həmin vaxt yanacaqdoldurma məntəqəsində gecə növbəsində olan üç nəfər əməkdaşa əllərindəki tapança ilə hədə-qorxu gələrək 800 AZN pulu götürərək aradan çıxıblar.

Hazırda faktla bağlı araşdırma aparılır. Soyğunçuların tapılması istiqamətində əməliyyat-istintaq tədbirlərinə başlanılıb.

www.yenicag.az

3286