!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda yanan "Cruze" tanınmış aparıcınındır - VİDEO/YENİLƏNDİ

!Reklam – Yazi

Bu gün səhər saatlarında Səbail rayonu, İ.Nəbiyev küçəsində minik avtomobilində yanğın baş verib. Yanğın nəticəsində “Chevrolet Cruze” markalı minik avtomobilinin yanar hissələri və “Toyota Corolla” markalı minik avtomobilinin arxa hissəsi qismən yanıb.

Yenicag.az Bizim.media-ya istinadən xəbər verir ki, “Chevrolet Cruze” markalı maşında iki nəfər yatmış vəziyyətdə olub:

“Partlayış səsinə avtomobildəki iki nəfər düşüb qaçıb. Partlayış səbəbindən yanğın qarşıdakı “Toyota Corolla” markalı minik maşınına keçib. Bundan başqa yanan avtomobilin hissələri arxa tərəfdə dayanmış “Merseses-Benz” markalı maşına çırpılıb.

Onu da qeyd edim ki, “Toyota Corolla” markalı minik avtomobili AzTV-nin tanınmış aparıcısı Könül Quluzadəyə məxsusdur”.

Qeyd edək ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Qısa zamanda yanğın söndürülüb. Hazırda hadisə müvafiq qurumlar tərəfindən araşdırılır.

***

11:21

Bakı şəhərində “Chevrolet Cruze” markalı avtomobil yanıb.

Yenicag.az xəbər verir ki, 99-VG-326 dövlət qeydiyyat nişanlı avtomobilin söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikaları və canlı qüvvəsi, həmçinin polis əməkdaşları cəlb olunublar.

Hadisənin səbəbi araşdırılır.

www.yenicag.az

433
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv