!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda yanan tikili SÖNDÜRÜLDÜ - VİDEO

!Reklam – Yazi

Bakıda ticarət obyektindəki yanğın söndürülüb

FHN Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən ikimərtəbəli obyektdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində qısa müddətdə söndürülüb.

*** 10:12

Bakıda birinci mərtəbəsi ticarət obyekti kimi fəaliyyət göstərən ikimərtəbəli tikilidə yanğın başlayıb.

Bu barədə Yenicag.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən ikimərtəbəli tikilidə (birinci mərtəbəsi ticarət obyekti kimi fəaliyyət göstərir) yanğın olması barədə ilkin məlumat daxil olub.

Qeyd olunub ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

www.yenicag.az

562
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv