!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda yaşayış binası yanır

!Reklam – Yazi

Bakıda yaşayış binası yanır.

Yenicag.az xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, metronun “Azadlıq” stansiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, doqquzmərtəbəli yaşayış binasının altıncı mərtəbəsində yerləşən mənzillərin birində yanğın başlayıb.

Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb edilib.

Nazirlikdən isə bildirib ki,”112″ qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində doqquzmərtəbəli yaşayış binasında mənzildə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub. /Report/

www.yenicag.az

198
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv