!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda yaşayış binasında yanğın oldu

!Reklam – Yazi

Bakıda yaşayış binasında baş vermiş yanğın söndürülüb.

Bu barədə Yenicag.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon Bakı şəhəri, Binəqədi rayonu, İ.Hacıyev küçəsində mənzildə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində onaltımərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində yerləşən üçotaqlı mənzilin eyvanında baş vermiş yanğın genişlənərək mənzilə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 110 m² olan üçotaqlı mənzilin eyvanının yanar konstruksiyaları, plastik pəncərə çərçivəsi 6 m² sahədə, 1 ədəd “BOSCH” markalı kondisionerin mühərriki, 1 ədəd “SHİVAKİ” markalı soyuducu yanıb.

Yanğın baş vermiş mənzil, habelə digər mənzillər yanğından mühafizə olunub.

www.yenicag.az

306
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv