!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda yaşayış binasında yanğın oldu

!Reklam – Yazi

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu, Mir Cəlal keçəsi 145 ünvanında yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Yenicag.az-a verilən məlumata görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən mənzilin mətbəxində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın zamanı FHN-in qüvvələri tərəfindən tüstülənmiş mənzillərdən 15 nəfər bina sakini təxliyə olunub.

www.yenicag.az

184
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv