!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda yaşıllıq zolağının zəbt olunub kafeyə çevrilməsinin qarşısı alındı - FOTO

!Reklam – Yazi

Xətai rayonu, Sarayevo küçəsində, yolun ortasındakı yaşıllıq zolağında kafe tikilməsi planlaşdırılıb.

Yenicag.az xəbər verir ki, bu barədə ötən gün sosial şəbəkələrdə məlumat yayılıb.

Ərazidəki vətəndaşlar bildiriblər ki, bütün yaşıllıq zolağı zəbt edilib, ağacları kəsir, diqqət çəkməmək üçün tikinti işini gecələr icra edirlər.

Məsələ barədə Xətai Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq.

İH-in İctimai-siyasi və Humanitar Məsələlər Şöbəsinin müdiri Pənah İmanov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, dünən gecə artıq tikili sökülüb:

“Saytınızdan daxil olan sorğudan sonra Bakı Şəhər İcra Hakimiyyətinin müdaxiləsi nəticəsində Xətai Rayon İcra Hakimiyyətinin əməkdaşlarının iştirakı ilə ərazidəki qanunsuz tikili sökülüb və əvvəlki vəziyyətinə qaytarılıb”.

www.yenicag.az

280
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv