Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakıda yol çökdü-Foto,Video

yol cokdu 03Bakının Nizami rayonundakı Babək prospektində yol çöküb.

“Xalqlar Dostluğu” metrostansiyası yaxınlığındakı körpünün əsas yolunda baş verən bu çöküntü səbəbindən avtomobillərin uzun tıxacı yaranıb.

“Baku Medical Plaza”nın qarşısında yolun tam ortası iki hissədə çöküb. Yolun çökməsi avtomobillərin hərəkətini iflic hala salıb. Bir neçə marşrut avtobusu da tıxacda qalıb.

Sürücü və sərnişinlər isə fəryad edirlər: “1 saatdır ki, burda qalmışıq. Belə şey olar? Bu körpünü bir-iki ildir ki, tikiblər. Yollara milyonlar xərcləyiblər. Amma çox keçmir ki, hamısı bərbad hala düşür. Əziyyət çəkənlər də biz oluruq”.

Tıxacda qalan taksi sürücülərindən biri çəkiliş apardığımızı görən kimi, şikayətini dilə gətirdi: “Bayaqdan tıxacdayıq. Xırda-xırda hərəkət edirik. Buna nə benzin çatar, nə də səbir… Maşında müştərim var idi, düşüb, getdi. Hə, mən indi nə edim? Yolları təmir edəndə günlərlə zülm çəkirik. Yenə də deyirik ki, cəhənnəmə ki, heç olmasa, yollar düzəlir. Təmir bitəndən sonra da həmin yol çökür, dağılır. Yenə də zülm çəkirik, tıxacda qalırıq. Nə dəyişdi?”

Loading...

www.yenicag.az

378