Bakıda yol çökdü: İlkin səbəb metro tikintisi göstərilir – FOTO – Yenicag.Az

Reklam

Reklam

Bu gecə Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsində yolun hərəkət hissəsində çökmə qeydə alınıb.

Yenicag.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin verdiyi məlumata görə, çökmə 2-3 metr dərinlikdə və təqribən 150 kv.m sahədə baş verib.

Dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları cəlb olunub. İlkin ehtimala görə, çökməyə səbəb yaxınlıqda aparılan metro tikintisidir: “Hazırda əraziyə Dövlət Agentliyinin və aidiyyəti qurumların əməkdaşları tərəfindən baxış keçirilir, çökmənin səbəbləri araşdırılır və fəsadların aradan qaldırılması istiqamətində addımlar atılır. Cəlil Məmmədquluzadə küçəsində baş vermiş çökmənin səbəbləri barədə araşdırmadan sonra dəqiq məlumat veriləcək”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 2971
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."