Reklam

Reklam

Bakı Dairəvi-1 avtomobil yolunda saat 13 radələrində ölümlə nəticələnən qəza baş verib. Qəza nəticəsində Yol Xətt MMC-nin işçisi dünyasını dəyişib.

Yenicag.az bu barədə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinə istinadən xəbər verir.

Hadisə avtomobil yolunun “Meyvəli” bazarı istiqamətinə düşən hissəsində baş verib. Belə ki, ərazidə üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılarkən 90 FS 151 dövlət nömrə nişanlı yük maşınının sürücüsü idarəetməni itirərək maşını öncə yolda hərəkətdə olan Pajero markalı avtomobilə, daha sonra ərazidə xidmət aparan və həmin hissədə işlərin aparıldığı üçün yolun bağlı olduğunu sürücülərə işarələyən BDYPİ-nin Yol Patrul Xidməti avtomobilinə və Yol Xətt MMC-yə məxsus minik maşınına çırparaq, MMC-nin işçisi olan 1972-ci il təvəllüdlü İlqar Əmirovu vurub. Daha sonra yük maşını yol kənarında quraşdırılmış əyri-xətli dəmir tirlərə dəyərək dayanıb. İlqar Əmirov aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

İlkin versiyaya əsasən, hadisə yük maşının əyləc sistemində yaranmış nasazlıq ucbatından baş verib.

Faktla bağlı araşdırma aparılır.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1057
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."