Reklam

Reklam

Bakıda yüksək vəzifəli rəsmilərin iştirakı ilə “Asiyanın Qəlbi – İstanbul Prosesində” adlı tədbir keçirilir.

İclasda görülmüş işlərlə bağlı hesabatların verilməsi və gələcək fəaliyyət istiqamətlərinin müzakirə olunması nəzərdə tutulur.

İstanbul prosesinin daimi həmsədri Əfqanıstandır. Bununla yanaşı, prosesin illik əsasda dəyişən həmsədri vardır. Azərbaycan Respublikasının proses çərçivəsində fəal rolu və regionda inkişaf və sabitliyə verdiyi töhfələr nəzərə alınaraq, 2016-cı il dekabrın 4-də Hindistanın Amritsar şəhərində keçirilmiş “Asiyanın Qəlbi – İstanbul Prosesi”nin 6-cı Nazirlər Konfransında prosesə 2017-ci il üzrə həmsədrlik etmək Azərbaycan Respublikasına həvalə edilib.

Proses çərçivəsində regionda sülh və sabitliyin təmin olunmasına dair müntəzəm siyasi müzakirələr aparılır və praktiki əməkdaşlığı təmin edən müxtəlif mexanizmlər fəaliyyət göstərir.

Hazırda ölkəmiz İstanbul prosesi çərçivəsində Rusiya Federasiyası ilə birlikdə narkotik vasitələr əleyhinə işçi qrupa və Türkmənistanla birlikdə regional nəqliyyat dəhlizləri üzrə işçi qrupa həmsədrlik edir.

Bu il həmsədr qismində Azərbaycan il ərzində prosesin əsas orqanları olan xarici işlər nazirlərinin konfransına və yüksək vəzifəli rəsmilərin iclaslarına ev sahibliyi edəcək.Azərbaycan Respublikasının beynəlxalq nüfuzu və malik olduğu imkanlar nəzərə alınaraq, 2012-ci ildə bu prosesə dəvət edilib. Azərbaycan tərəfi regionda sülh, sabitlik və əmin-amanlığın təmin olunmasına dair maraqlarından çıxış edərək və Əfqanıstan ilə malik olduğu yaxın siyasi və iqtisadi əlaqələri nəzərə alaraq, prosesə qoşulub.

Tədbirdə Azərbaycanı Xarici İşlər Nazirliyinin beynəlxalq təhlükəsizlik üzrə departamentinin rəhbəri Qaya Məmmədov təmsil edir.

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 63
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."