!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda zəlzələ baş versə, ən çox dağıntı hansı ərazilərdə olacaq? - VİDEO

!Reklam – Yazi

“Azərbaycanın köhnə seysmoloji xəritəsi bu gün də özünü doğruldur”.

Yenicagmaz Xezerxeber.az-a istinadən xəbər verir ki, bunu Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev deyib.

Onun sözlərinə görə, seysmoloji xəritə köhnə olsa da, dünən Xəzərin zəlzələ baş verən hissəsi orada ən aktiv zona kimi qeyd olunub.

Şöbə müdiri bildirib ki, ölkə ərazisində 8-9 bal gücündə zəlzələ gözlənilən bölgələrimiz də var.

Ənvər Əliyev paytaxt ərazisində dağıdıcı gücə malik olan zəlzələlərin gözlənilmədiyini, heç Bakının tarixində də belə ciddi hal olmadığını vurğulayıb.

Şöbə müdiri qeyd edib ki, paytaxt ərazisində yeraltı təkanlardan ən çox zərər görmə ehtimalı olan yerlər dağlıq ərazilərdir.

Ənvər Əliyevin sözlərinə görə, ölkə ərazisində ən az seysmoloji aktivliyə malik olan ərazi isə Kür-Araz ovalığıdır.

Daha ətraflı süjetdə:

www.yenicag.az

515
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv