!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bakıdakı bəzi səfirliklər erməni vəhşiliyinə reaksiya versələr də, əksər dövlətlərdən səs çıxmadı" - RƏY

!Reklam – Yazi

“Yəqin, hesab edirlər ki, işgəncəyə məruz qalan Azərbaycan əsgəridirsə, bu belə də olmalıdır”.

Bu fikirləri Ermənistanda azərbaycanlı əsirlərlə vəhşicəsinə rəftara görə Qərb paytaxtlarından mövqe bildirilməməsi haqda danışan ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, lazım gələndə “humanizm fədaisi”nə dönən Qərbin “demokratik” mərkəzlərinin bu sükutunun səbəbini anlamaq çətin deyil:

“Ermənistanda əsir soydaşımıza verilən işgəncə görüntülərinin yayılması Azərbaycanda hər kəsi dərindən hiddətləndirib. Bu barədə fikir bildirənlər soydaşımıza qarşı törədilən vəhşiliyə görə Ermənistanın cavab verməli olduğunu deyirlər.

Amma həmvətənlərimizi hiddətləndirən yalnız ermənilərin bizi təəccübləndirməyən vəhşiliyi deyil. Olayın üstündən bu qədər vaxt keçsə də, lazım gələndə “humanizm fədaisi”nə dönən Qərbin “demokratik” mərkəzləri hadisəyə hər hansı formada münasibət bildirmək haqda düşünmürlər. Rusiyaya gəldikdə isə bu ölkədən heç kimin gözləntisi yoxdur.

Yəqin, hesab edirlər ki, işgəncəyə məruz qalan Azərbaycan əsgəridirsə, bu belə də olmalıdır. Əslində, onların bu sükutunun səbəbini anlamaq da çətin deyil. Azərbaycana qarşı qərəzli münasibət onların şüurlarına elə oturub ki, sırf insani məsələdə də ayrı-seçkiliyə yol verirlər. Döyülən, işgəncə verilən Ermənistan əsgəri olsaydı, o zaman onların səs-küyündən qulaq tutulardı.

Doğrudur, Bakıdakı bəzi səfirliklər məlum erməni vəhşiliyinə reaksiya verdilər. Bununla belə, əksər dövlətlərin təmsilçiləri bu rəzil olaya səs çıxarmadılar. İkili standart ifadəsi çox şablonlaşsa da, onların münasibətini başqa sözlə ifadə etmək olmur”.

A.Zeynalov

www.yenicag.az

611
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv