!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Bakıdakı Dünya Kuboku İddiaçılar Turnirinə 3 vəsiqə verəcək

!Reklam – Yazi

Bakıda keçiriləcək şahmat üzrə Dünya Kuboku 2023-cü il İddiaçılar Turnirinə 3 vəsiqə verəcək.

Yenicag.az Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan paytaxtındakı yarışda ilk 3 pilləni tutan qrossmeysterlər şahmat tacı uğrunda mübarizə aparmaq hüququ qazanacaqlar.

İddiaçılar Turnirinə digər 5 vəsiqənin sahibi isə dünya çempionatının qalibi, “Grand Swiss” turnirində 1 və 2-ci yeri tutanlar, FIDE reytinqli turnirlərdə 1 il ərzində ən yüksək nəticə əldə edən şahmatçı və 1 yanvar 2024-cü il üçün ən yaxşı reytinqə malik qrossmesyster olacaq.

Qeyd edək ki, Bakıda şahmat üzrə Dünya Kuboku gələn il iyulun 29-dan avqustun 26-dək keçiriləcək.

www.yenicag.az

271
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv