!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bakıdan gedənlər İsraildəki səfirliyimizin və səfirimizin fəaliyyətindən o qədər...” – Novella Cəfəroğlu

!Reklam – Yazi

“İşləri elə tənzimləmək istəyirlər ki, İran casuslarının Azərbaycan vasitəsilə İsrailə gedə bilmələri mümkün olmasın”.

Bu fikirləri Azərbaycanın İsraildəki səfirliyinin fəaliyyətə başladığı bir neçə ay ərzində diplomatik nümayəndəliyin işini dəyərləndirən Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, səfirliyin fəaliyyətə başlamasından cəmi bir neçə ay keçsə də, çox müsbət işlər görülür:

“Bakıdan gedən insanlar bizimlə söhbətlərində səfirliyin fəaliyyətindən çox razılıq edirlər. Elə insanlar var ki, özləri gedib səfirliyimizə baş çəkirlər, səfirimizlə görüşürlər. Yəni təəssüratları çox yaxşıdır.

Həqiqətən də İsraildə Azərbaycan səfirliyinin açılması onların tərəfindən çox yüksək qiymətləndirilir. İstər dövlət səviyyəsində, istərsə də xalq arasında buna çox rəğbətlə yanaşırlar. Eşitdiyim qədər, Türkiyə də İsraildəki səfirliyinin fəaliyyətini bərpa etməyə hazırlaşır.

Təbii ki, səfirliyin fəaliyyətə başlaması qarşılıqlı gediş-gəlişə də müsbət təsir edəcək. Ancaq burada bir nüans da var. Bu işləri elə tənzimləmək istəyirlər ki, İran casuslarının Azərbaycan vasitəsilə İsrailə gedə bilmələri mümkün olmasın.

Səfirimiz işə yeni başlamasına baxmayaraq, artıq İsraildə böyük hörmət qazanıb. Yenə deyirəm, səfirliyin fəaliyyəti ikitərəfli münasibətlərə də, insanların qarşılıqlı səfərlərinə də təkan verəcək”.

A.Zeynalov

www.yenicag.az

314
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv