Reklam

Reklam

Azərbaycanda qaçırılan qadını polis xilas etdi.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yeniçağ.az-a verilən məlumata görə, martın 14-də saat 9 radələrində Şamaxı şəhəri ərazisində şəhər sakini, əvvəllər məhkum olunmuş Bilal Abdullayev idarə etdiyi “KİA” markalı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə həmin ərazidə xidmət aparan yol polisi əməkdaşı tərəfindən saxlanılıb.

Bu zaman avtomobildəki sərnişin, Bakı şəhər sakini olan qadın N.İ polis əməkdaşına sürücü tərəfindən zorla aparıldığını bildirərkən B.Abdullayev avtomobillə hadisə yerindən qaçıb.

Dərhal görülmüş tədbirlərlə avtomobil şəhər ərazisində saxlanılan zaman polis əməkdaşlarına müqavimət göstərməsinə baxmayaraq, sürücü zərərsizləşdirilərək Şamaxı RPŞ-yə gətirilib.

Əməliyyat tədbirləri ilə B.Abdullayevin idarə etdiyi “KİA” markalı avtomobilin Bakı şəhər sakini Əşrəf Seyidzadəyə məxsus olduğu və bu nəqliyyat vasitəsini həmin gün saat 1 radələrində paytaxtın Yasamal rayonu ərazisində usta işlədiyi təmir sexindən qaçırdığı da müəyyən edilib.

Araşdırma aparılır.

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 65
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."