!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıətrafı ərazilərdəki “UCUZ” EVLƏR: “Etibarnamə əsasında baş tutan alqı-satqı isə...”

!Reklam – Yazi

“Həmin ərazilərdə torpaq sahələrinin satış qiyməti çox aşağı olduğu üçün bu amil evlərin qiymətinə də təsir edir”.

Bu fikirləri Bakıətrafı ərazilərdə bir çox həyət evlərinin aşağı qiymətə satışa çıxarılmasının səbəblərini şərh edən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, vurğulanan ərazilərdəki həyət evlərinin ucuzluğunun əsas səbəbi həmin tikililərin qadağan olunmuş sahələrdə inşa edilməsidir:

“İnşaat təyinatı olmayan ərazilərdə tikilmiş fərdi həyət evlərinə çıxarış verilmir. Həmin ərazilərdə torpaq sahələrinin satış qiyməti çox aşağı olduğu üçün bu amil evlərin qiymətinə də təsir edir.

O baxımdan, Bakının əlverişli hissələri sayılan Badamdar qəsəbəsi, “Gənclik”, “Nərimanov” metrostansiyalarına yaxın ərazilərdə olan mənzillərin satış qiyməti 100 min – 500 min manat civarındadırsa, Bakıətrafı məntəqələrdə eyni sahəyə malik evlərin dəyəri 50-60 min manat həddindədir.

Həmin evlərin müvafiq sənədləşməsi olmadığı üçün onların alqı-satqısı sadəcə, etibarnamə əsasında rəsmiləşdirilir. Etibarnamə isə bir şəxsin digər şəxs üçün onun əvəzinə işləri icra etmək məqsədilə verilən müvəqqəti sənəd olduğundan, bu tip alqı-satqılar qanundan kənar hesab edilir”.

Nuray Məmmədzadə

www.yenicag.az

231
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv