Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakıətrafı marşrut avtobuslarında interval niyə artırılıb? - “Koronavirus bəhanəsi”nə rəsmi REAKSİYA

Ölkədə koronavirus təhlükəsi ilə əlaqədar martın 14-dən etibarən, xüsusi rejimin tətbiq olunmasından sonra Bakıətrafı yaşayış məntəqələri üzrə hərəkət edən marşrut avtobuslarının hərəkətində müəyyən fasilələr yaranır.

“Facebook”da yaradılmış “Müştəriyəm şikayətim var” səhifəsində bu barədə məlumat verən sərnişinlər intervalın artrılmasının onlara ciddi narahatlıq yaratdığını bildiriblər. Sərnişinlərdən biri isə aşağıdakı qeydi paylaşıb:

“Pandemiya elan edildikdən sonra Bakı kəndlərinə gedən avtobusların intervalları çox artırılıb. Zabrata gedən 198 nömrəli marşrutun intervalı isə 20-25 dəqiqəyə kimi artıb.

Həmçinin sürücülərə bu şikayəti bildirəndə, onlardan “Ölkədə xüsusi rejim tətbiq edilməsi ilə əlaqədar iş və dərslər yoxdur. Qazancımız xərclərimizi qarşılamır” cavabı eşidilir”.

Bakının kənd və qəsəbələrinə işləyən marşrut avtobuslarının intervalında müşahidə olunan artımın səbəbinə aydınlıq gətirən Bakı Nəqliyyat Agentliyi (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, avtobusların hərəkət intervalı sərnişin axınına görə tənzimlənir:

“Son günlərdə sərnişin axınında nəzərə çarpacaq dərəcədə azalma müşahidə olunur. Digər tərəfdən, sərnişindaşıma həm də sosial məsuliyyəti daha çox olan sahədir. Ona görə də, sahibkar işini elə qurmalıdır ki, xüsusilə indiki vəziyyətdə sərnişindaşımada hər hansı bir problem olmasın”.

Rufina Əlizadə

www.yenicag.az

1506
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100