!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Bakılı “qara qartallar”ın Türkiyə ZƏFƏRİ: “Beşiktaş Azərbaycan” rəqiblərini darmadağın etdi – FOTOLAR / VİDEO

!Reklam – Yazi

2007-2013 təvəllüdlü uşaqlardan ibarət “Beşiktaş Azərbaycan” komandası Antalyada rəqiblərinə futbol dərsi keçib.

Yenicag.az xəbər verir ki, Türkiyənin Antalya şəhərinin beşulduzlu “Asteria” otelində təşkil olunan “Beşiktaş” Futbol Məktəbləri Aprel-2022 Düşərgəsinə “Beşiktaş Azərbaycan” komandası da qatılıb.

Məlumata görə, 2007-2013-cü il doğumlu uşaqlar uçün təşkil olunan seçimlərdə 4 yaş qrupuna aid futbolçular iştirak edir. Əsas seçimlər aprelin 13-14-də baş tutacaq.

Düşərgənin fəaliyyətə başladığı ötən günlərdə “Beşiktaş Azərbaycan” komandası bir neçə rəqiblə qüvvəsini sınayıb və onları böyük hesabla məğlubiyyətə uğradıb:

  • “Beşiktaş Azərbaycan 6 – 1 “Adana Beşiktaş”;
  • “Beşiktaş Azərbaycan” 10 – 0 “Ankara Beşiktaş”.

Azərbaycanlı yeniyetmə futbolçuların performansı “Beşiktaş” klubunun və Türkiyənin başqa skautları tərəfindən də diqqətlə izlənilir.

Azərbaycanlı futbolçuları oyunlara “Beşiktaş”ın sabiq oyuncusu, hazırda isə “Beşiktaş Azərbaycan” futbol məktəbinin rəhbəri və baş məşqçisi Kadır Öz, “Beşiktaş”ın məşhur futbolçusu Onur Sınar, həmçinin Azərbaycanın tanınmış top ustaları Fuad Əhmədov və Nicat Qurbanov çıxarırlar.

www.yenicag.az

774
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv