!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bakını sanksiyalarla qorxutmaq mümkün deyil” – Rusiyalı jurnalist

!Reklam – Yazi

“Bakını və türk qardaşının yanında dayanan Ankaranı sanksiyalarla qorxutmaq mümkün olmayacaq”.

Yenicag.az xəbər verir ki, bunu rusiyalı jurnalist Sergey Mardan sosial şəbəkə hesabında yazıb. O, Avropa Parlamentinin üzvlərinin Azərbaycan hökumətinə qarşı sanksiyalar tətbiq etməyə çağırışını şərh edib.

“Avropa Parlamentinin üzvləri Aİ ölkələrini Azərbaycan hökumətinə qarşı sanksiyalar tətbiq etməyə çağırıblar. “Bakı Qarabağın erməni əhalisinin hüquqlarına və təhlükəsizliyinə hörmət edənə qədər”. Vaxtdır.

Avropa Parlamenti heç bir məsuliyyət daşımayan bir söz yığınıdır.

Bakını (və türk qardaşının yanında dayanan Ankaranı) sanksiyalarla qorxutmaq mümkün olmayacaq.

Birincisi, Avropada heç kim Bakı neftində imtina etməyəcək. İkincisi, Ermənistan Ukrayna deyil. Onun mövcudluğu məsələsi heç bir şəkildə Avropaya təsir etmir. Ola bilsin ki, Makron nəsə çərənləyir. Vəssalam. olan budur.

Əks halda, bütün sanksiyalar maestro Paşinyanın böyük Qarabağ həngaməsi zamanı qəbul edilərdi”, – Mardan bildirib.

Xuraman Etibarlı

www.yenicag.az

127
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv