!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakının 33 küçəsində sürət həddi endirildi

!Reklam – Yazi

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyi paytaxtda yol hərəkətinin təkmilləşdirilməsi, nəqliyyat şəraitinin yaxşılaşdırılması, sürücü və piyadaların təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

Agentlikdən Yenicag.az-a verilən məlumata görə, bu çərçivədə ilk dəfə olaraq paytaxtda 30 km/saat sürət limitli zona təşkil edilib. Zonaya paytaxtın mərkəzi hissəsini əhatə edən 33 küçə daxildir. Artıq zonaya daxil olan küçələrdə müvafiq yol nişanları quraşdırılıb, nişanlanma işləri aparılıb.

Məlumat üçün qeyd edək ki, 30 km/saat sürət limitli zonanın bır sıra üstünlükləri vardır. Belə ki,

1. Yol hərəkəti iştirakçılarının təhlükəsizlik səviyyəsinin artırılması;

2. Yol qəzalarının və sağlamlığa dəyən ciddi zərərlərin azaldılması;

3. Hava keyfiyyətinin yüksəldilməsi;

4. Sosial mühitin inkişafı;

5. Səs kirliliyinin azaldılması;

6. Piyada hərəkətin, velosipedlərdən istifadənin stimullaşdırılması.

www.yenicag.az

450
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv