Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Bakının 4 rayonunun polis rəisləri işdən çıxarılıb? - Rəsmi açıqlama

Daxili İşlər Nazirliyi Bakının 4 rayonunun polis rəisinin işdən çıxarılmasına münasibət bildirib.

DİN mətbuat xidmətinin rəisi, polkovnik Ehsan Zahidov Unikal.org-a açıqlamasında bildirib ki, Binəqədi, Xətai, Xəzər və Səbail rayon Polis idarələrinin rəislərinin işdən çıxarılması ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil. Sözügedən rayonların polis rəisləri vəzifələrinin başındadırlar.

Qeyd edək ki, Report informasiya agentliyi Binəqədi rayon Polis idarəsinin rəisi, polkovnik Namiq İsmayılov, Xətai rayon Polis idarəsinin rəisi, polkovnik Muradalı Babayev, Xəzər rayon Polis idarəsinin rəisi, polkovnik Azər Muradov və Səbail rayon Polis idarəsinin rəisi, polkovnik Şəmşir Kazımov işdən azad edilməsi ilə bağlı xəbər yaymışdı.

www.yenicag.az

5765
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM