!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Oğurlanan əşyaların GİROV QOYULMASI: “Zərərçəkən şəxsə dəymiş maddi ziyanı bütün hallarda...”

!Reklam – Yazi

“Üçüncü şəxs və ya müəssisə buna qarşı çıxarsa, polis vəziyyətə müdaxilə edərək əşyaları geri qaytara bilər”.

Bu fikirləri oğurlanan əşyaların satıldığı şəxslərdən, yaxud girov qoyulduğu müəssisədən qanuni yolla geri alınması qaydalarından danışan hüquqşünas Hafiz Həsənov Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, əşyaları oğurlayan şəxs şübhəli qismində müəyyən edilibsə, artıq müvafiq araşdırma aparılmalıdır:

“Ümumiyyətlə, istər kiçik, istərsə də böyük cinayətlər baş verdikdə atılan ilk addım araşdırmanın başladılmasıdır. Aparılan müvafiq təhqiqatdan və məhkəmə qərarından sonra oğurlanan əşyalar zərərçəkən şəxsə geri qaytarılmalıdır.

Zərərçəkən şəxsə dəymiş maddi ziyanı isə bütün hallarda şübhəli qismində saxlanılan şəxs ödəməlidir. Lakin zərərin ödənilməsi üçün məhkəmə qərarının olması mütləqdir.

Əgər zərərçəkən şəxsdən oğurlanan əşyalar pul müqabilində hansısa başqa şəxsə, yaxud müəssisəyə verilibsə, bu halda qanunun tələblərinə uyğun addımlar atılmalı və əşyalar sahibinə geri qaytarılmalıdır.

Üçüncü şəxs və ya müəssisə buna qarşı çıxarsa, polis vəziyyətə müdaxilə edərək əşyaları geri qaytara bilər. Lakin araşdırma müddətində həmin əşyalar polisdə saxlanılır və məsələ tam aydınlaşdırıldıqdan sonra şəxsin özünə verilir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

268
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv