!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakının bitməyən dərdi: Taksilərlə bağlı problem hər keçən gün daha da artır

!Reklam – Yazi

Böyük şəhərlərin ən böyük problemlərindən biri tıxaclar və taksilərdir.

Azərbaycanda xeyli sayda taksi xidməti göstərən şirkət mövcuddur. Bu şirkətlərin sayları çox olsa da, xidmətlərindəki problemlər daimi olaraq müzakirəyə çıxarılır. Sərnişinləri ən çox əsəbləşdirən naviqasiyaya uyğun sürücünün gəlməməsidir. Buna görə son dərəcə ciddi problemlər meydana gəlir. Dəfələrlə mübahisələr də olur. Şirkətləri düşündürən tək şey var, gedişlərdən faiz almaqdır. Sürücü ilə sərnişin arasında nə baş verdiyi onları qətiyyən düşündürmür. Bir çox taksi xidməti göstərən şirkətlər, ümumiyyətlə, şikayətlərə baxmır. Təkrar edirəm, gediş və faiz.

Daxili İşlər Nazirliyi xanım əməkdaşlar ayırıb ki, qadın sərnişinlərə əxlaqsız təkliflər edən sürücüləri müəyyən etsinlər. Bu problem görün nə qədər böyükdür ki, DİN buna əncam çəkmək istəyir, hətta qrup ayırmaq məcburiyyətinədə də qalır.

Məsələ təkcə avtombillə yekunlaşır? Düşünmürəm. Dəfələrlə sosial şəbəkədə qadınlar taksidən istifadə etdikdən sonra sürücünün onlara “padxod” xarakterli mesaj yazdığını və zəng etdiyini bildirirlər.

Düşünək, sərnişin sürücüyə və ya sürücü sərnişinə qarşı hansısa zorakılıq, soyğunçuluq, qeyri-qanuni hərəkət edir. Bunu sürücü və ya sərnişin hüquq mühafizə orqanlarına necə xəbər etməlidir? Taksi sifariş etmək üçün proqram yazıla bilir, ora SOS düyməsi əlavə etmək o qədər çətindir?

Bəzən sərnişin taksi sifariş edir. Taksi sürücüsü uzaq və qiymətin aşağı olması üçün gəlməkdən imtina edir. Sifarişi qəbul edən sürücü daha sonra sərnişinə deyir ki, imtina etsin. Əgər sərf etmirdisə, niyə qəbul edirdin və yaxud özün niyə imtina etmirsən?

Şəhərdə pik saatlarda taksilərdə xeyli vaxt gedir. Motosikletlərdən istifadə edilməsi bu qədər çətindir? Şirkətlər niyə buna getmirlər? Bakıda taksi sifariş edirsənsə, mütləq sifariş etdiyin yerdə ağac kimi bitməlisən. Hərəkət edib bir qədər uzaqlaşdın, sürücü ilə sərnişin arasında telefonlaşma, oradan gəl, buradan get problemləri meydana gəlir. Sual olunur, əgər internet üzərindən sifariş verilibsə, sürcünün sərnişini izləməsi niyə bu qədər çətindir? Bunun üçün alqoritm yazmaq niyə bu qədər bəlalı bir şeyə çevrilib? Taksi xidməti göstərən şirkətlər niyə bu problemi həll etmir, anlamaq mümkünsüzdür.

Ölkədə xidmət göstərən taksi şirkətlərində biri olan “Yandex Taksi” xidmətinin təsisçisi və baş direktoru qatı millətçi erməni Tiqran Xudaverdiyandır. Azərbaycan rəsmi olaraq şirkətin fəaliyyətinə qadağa qoya bilmir, tək çarələri həmin şirkətlə əməkdaşlıq edən taksi sürücülərinə fərqlənmə nişanının verilməsini dayandırmaları olur.

Anladıq, buna qadağa qoymaq mümkünsüzdür. Bəs ölkədə bu qədər proqram təminatı ilə məşğul olan mütəxəssislər var. Onların proqram yazıb, taksi xidməti göstərən şirkətlərin başqa ölkələrin naviqasiya proqramlarından imtina edilməsini aradan qaldırmasına sözünüz nədir? Bəli, bu çətin və vaxt aparan məsələdir, şirkətlərin bunu etməsinə nə deyək?

Düşünürəm ki, taksilərlə bağlı olan bu problemlərin aradan qaldırılması üçün ciddi işə, ciddi nəzarətə ehtiyac var.

www.yenicag.az

642
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv