!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakının bu küçəsində piyadaların və velosipedçilərin yolu kəsildi - FOTO

!Reklam – Yazi

Son günlər paytaxtın bir sıra küçə və prospektlərində velosiped zolaqları təşkil olunur. Bunun əsas səbəblərindən biri velosiped sürücülərinin təhlükəsizliyinin təmin olunmasıdır. Lakin çox təəssüf ki, həmin zolaqların avtomobillər tərəfindən zəbt olunmasının şahidi oluruq. Belə hallardan birinin fotoları sosial şəbəkədə yayılıb.

Yenicag.az xəbər verir ki, qış parkı boyunca (Şəmsi Bədəlbəyli küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişməsinə qədər) çəkilən velosiped zolağının bir hissəsini avtomobillər zəbt edir. Bu da “Winter Park Hotel”in qarşısında park edilən maşınlardır. “Citymax Hotel”in qarşısında isə zolağı zəbt etməmək üçün maşınlar hotelin səkisində saxlanılır. Səkilər yararsız halda olduğu üçün piyadalar velosiped zolağı ilə hərəkət etməli olurlar.

Qanunvericiliyə görə, velosiped zolağında dayanan və həmin zolaqla hərəkət edən avtomobil sürücüləri üçün heç bir məsuliyyət nəzərdə tutulmayıb. Lakin sürücülərin bundan sui-istifadə edərək həmin zolaqları zəbt etmələri doğru hesab olunmur./Avtosfer.az

www.yenicag.az

118
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv