!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakının daha bir ərazisində binaların söküntüsünə başlanılır - VİDEO

!Reklam – Yazi

Xətai rayonu, NZS qəsəbəsindəki qəzalı binalar söküləcək. Artıq bununla bağlı işlərə start verilib.

Yenicag.az-ın Xezerxeber.az-a istinadən məlumatına görə, Xətai rayonu ərazisində 110-a yaxın qəzalı vəziyyətdə olan bina var.

Onların çoxu NZS qəsəbəsi ərazisində yerləşir. Bu binaların söküntüsü isə mərhələlə şəkildə həyata keçiriləcək.

İlkin mərhələdə istismar müddətdini başa vurmuş, qamış üzlüklü binaların söküntüsü aparılacaq. Hətta ünvanlar da artıq bəllidir.

Xətai rayonU Mənzil Kommunal Təsərrüfatı Birliyinin baş mühəndisi Sahib Babayevin sözlərinə görə, həmin binalarda təmir işləri aparmaq mümkünsüz olduğu üçün onaların söküntüsü nəzərdə tutulub. Həmin binalarda yaşayanlara isə kompensasiya veriləcək. Sahib Babayev sökütünün fərdi yaşayış evlərinə aid olub-olmayacağına da münasibət bildirib.

Qeyd edək ki, NZS qəbəsində aparılacaq söküntü işləri “Ağ Şəhər” layihəsinin tərkib hissəsidir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

www.yenicag.az

149
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv