!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakının əsas yolunda TIXAC: Rəsmi qurumlar nəyi BƏHANƏ GƏTİRİR? - AÇIQLAMA/VİDEO

!Reklam – Yazi

Bakıda “Sədərək” ticarət mərkəzindən üzü şəhərə – Yasamal istiqamətinə olan yolda səhər saatlarından böyük tıxac yaranıb. Əldə olunan görüntülərdən yolda təmir işlərinin getdiyi görünür.

Yenicag.az bir neçə qurumla əlaqə saxlayaraq məsələyə aydınlıq gətirməyə çalışıb.

İlk olaraq, “Azəravtoyolun” sözçüsü Anar Nəcəfli ilə əlaqə saxladıq. O, məsələdən xəbərdar olmadığını bildirdi:

““Sədərək” yolunda yaranan tıxacla bağlı vəziyyətdən məlumatım yoxdur. Siz bunu Dövlət Yol Polisindən soruşun”.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən isə “yolda tikinti aparan qurum kimdirsə, ondan açıqlama alın”, – deyə bildirdilər.

Görünür, yolda gedən bərpa işlərindən heç bir qurum məlumatlı deyil.

Videonu təqdim edirik:

Sadiq Cavadov

www.yenicag.az

489
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv