!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakının həlli tapılmayan TIXAC PROBLEMİ: "Zəbt olunan yollar geri qaytarılmalıdır" - EKSPERT

!Reklam – Yazi

“Şəhərdaxili avtomobil yollarının sayının artırılması və gediş-gəlişli yolların əlaqələndirilməsi mövcud tıxac probleminin qarşısını ala bilər”.

Bu sözləri elektrik mühərrikli və hibrid avtomobillərin kreditləşməsində gözlənilən güzəştlərin tıxacla bağlı vəziyyətə mümkün təsirlərinə münasibət bildirən nəqliyyat eksperti Aslan Əsədov Yenicag.az-a açıqlamasında deyib.

Ekspertə görə, paytaxtda tıxacların başlıca səbəbi avtomobil sayından daha çox, yol infrastrukturunun düzgün qurulmaması ilə bağlıdır:

“Əslində elektrik mühərrikli və hibrid avtomobillərin kreditləşməsinə tələbat yüksəkdir. Çünki satışda olan avtomobillər sırasında kifayət qədər qeyd olunan maşınlar var ki, lizinq və ya kredit şəklində rəsmiləşdirilir. Bu prosesin güzəştlər fonunda kütləvi hal alacağı və paytaxtda avtomobil sıxlığına səbəb olacağı gözlənilmir. Sadəcə avtomobil sayında cüzi artım ola bilər.

Bakıda tıxacların yaranma səbəbləri sərnişin və nəqliyyat axının çox olmasıdır ki, bu hal ilin 7-8 ayının hər günündə yaşanır. Avtomobil sıxlığının qarşısını almaq üçün müvafiq addımlar atılsa da, problemin tam həlli mümkün olmayıb. Fikrimcə, şəhərdaxili avtomobil yollarının sayının artırılması , zəbt edilən yolların geri qaytarılması və gediş-gəlişli yolların əlaqələndirilməsi mövcud tıxac probleminin qarşısını ala bilər”.

Gülşən Şərif

www.yenicag.az

845
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv