!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakının həlli “tıxaca düşən” ƏSAS PROBLEMİ: “Şəhərin mərkəzinə müəyyən nəqliyyat vasitələrinin...”

!Reklam – Yazi

“Yeni Baş plana əsasən, şəhərin bir çox ərazisinə vətəndaşların şəxsi avtomobilləri ilə daxil olmasına qadağa qoyulacaq”.

Bu fikirləri Bakıda aktuallığı azalmayan tıxac probleminin mümkün həll yolları haqda danışan nəqliyyat məsələləri üzrə ekspert Rövşən Həsənov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, şəhərin mərkəzində alternativ yolların salınması səmərəli variant deyil:

“Tıxac dünyanın bir çox böyük şəhərlərində əsas problemlərdən biridir. Lakin “tıxacla mübarizə aparmaq mümkün deyil” kimi fikirlər doğru deyil. Tıxacın qarşısını almaq üçün təkcə alternativ yolların çəkilməsi yetərli deyil. Tikinti normaları və qaydalarına uyğun olaraq, yolların eni, uzunu, kəsişmə bucaqları, ora daxil olan nəqliyyat vasitələrinin ölçüləri vacib məsələdir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ölçüb-biçdikdən sonra marşrut xətlərini dəqiq müəyyənləşdirməli, uzun avtobusları kor-koranə şəkildə şəhərin dar küçələrinə yönəldərək, tıxac üçün zəmin yaratmamalıdır.

Alternativ yola gəldikdə, Bakının yeni Baş planına əsasən, şəhərin bir çox ərazisinə vətəndaşların şəxsi avtomobilləri ilə daxil olmasına qadağa qoyulacaq. Bu da tıxacın qarşısını qismən almağa kömək edəcək. Bununla belə, mərkəzi yollara alternativ yolların salınmasının effektli olmaması da nəzərə alınmalıdır. Yəni Bakının mərkəzində tikililərin ifrat sıxlığı onların sökülərək yerlərinin dəyişdirilməsini mümkünsüz dərəcədə çətinləşdirir.

Baş plan əsasında şəhərin mərkəzinə müəyyən nəqliyyat vasitələrinin daxil olmasına məhdudiyyətin qoyulması müəyyən günlər üçün alternativ yolu əvəzləyə biləcək addımdır. Alternativ yolların yenidən tikilməsi üçün bir sıra variantlar mövcuddur. Məsələn, Bakı-Sumqayıt yolu kifayət qədər problemli yoldur. Burada problemdən çıxış yollarından biri orada yaşayan, yaxud işləyən vətəndaşlar istisna olmaqla, digər şəxslər üçün şəhərin mərkəzinə nəqliyyat vasitəsi ilə daxil olmağa məhdudiyyətin qoyulmasıdır”.

İsmayıl Bakuvi

www.yenicag.az

349
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv