!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Bakının maralı…" - Əməkdar artistin arxiv FOTOSU TƏƏCCÜBLƏNDİRDİ - FOTO

!Reklam – Yazi

 

Tanınmış aktrisa və florist-rəssam Suğra Bağırzadənin arxiv fotosu maraqla qarşılanıb.

Yenicag.az xəbər verir ki, aktrisa orta məktəb illərində çəkilən fotosunu “İnstagram” hesabında paylaşıb. Elə uşaq vaxtlarından “Cücələrim” mahnısı ilə məşhurlaşan sənətçinin fotosu tərif yağışına tutulub:

“Gözlərindən bilirəm sən Bakının maralısan. Uşaqlıq illərində də qəşəng idiniz, indi də qəşəngsiniz. Çox gözəlsiniz. Çox sevdiymiz və dəyər verdiymiz Suğra xanım…”

Qeyd edək ki, Suğra Bağırzadə 1959-cu ildə 12 yaşında ikən Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında “Cücələrim” mahnısını oxuyub. Mahnı onun ifasından sonra məşhurlaşır və tezliklə dillər əzbərinə çevrilir, sovetlər məkanından bütün dünyaya yayılır. Yüzdən artıq müxtəlif dillərə tərcümə olunaraq oxunur. Hətta “Dünyanın ən yaxşı uşaq mahnıları” albomuna daxil edilib.

Nehru

www.yenicag.az

142
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv