!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakının mərkəzində acınacaqlı vəziyyət: Səkiləri zəbt edən köşklər - FOTO

!Reklam – Yazi

Bu köşk başqa köşklərdən daha fərqli, daha universaldır. Satışda xırdavat, şirniyyat məhsulları, yerindəcə sıxılan nar şirəsi, qazanda bişmiş qarğıdalı, bir sözlə axtardığınız hər şey var, “səkidən başqa”

Yenicag.az  xəbər verir ki, paytaxtın mərkəzi küçəsi Dilarə Əliyevada çəkilən foto, izləyicilər tərəfindən saytın qaynar xəttinə göndərilib. Fotodan aydın müşahidə etmək olur ki, səkinin böyük bir hissəsi hansısa sahibkarın pul qazanması üçün nəzərdə tutulub. Əks halda sahibkar ərazini özü zəbt edibsə o zaman nəzarətdən kənar qaldığını və ya saxlanıldığını qeyd edə bilərik.

Bəs günü-gündən köşklərin belə qol-budaq artması piyadalardan başqa heç kimi narahat etmir?

Tam əminliklə deyə bilərik ki, problemin həlli barəsində heç bir addım atılmır. Çünki dəfələrlə köşklərin səkilərdə qanunsuz yerləşdiyi barəsində xəbər paylaşsaq da heç bir irəliləyiş yoxdur.

Qeyd edək ki, vətəndaşlar aidiyəti qurumlardan problemin həlli yolunda müvafiq işlərin görülməsini xahiş edirlər./Avtosfer.az /

www.yenicag.az

263
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv