!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakının mərkəzində ağır qəza - FOTO/VİDEO

!Reklam – Yazi

Heydər Əliyev prospektində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunub.  

Yenicag.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, şəhər mərkəzi və “Koroğlu” metro stansiyası istiqamətində əsas və köməkçi yollarda avtomobillərin hərəkəti çətinləşib.

Sıxlıq baş verən ağır yol-nəqliyyat hadisəsi səbəbindən yaranıb.

Paytaxtın Heydər Əliyev prospektində baş verən ağır qəza piyada ölümü ilə nəticələnib.

Hadisə nəticəsində qadın aldığı xəsarətlərdən ölüb. Hazırda qadının kimliyi dəqiqləşdirilir.

Əraziyə Nizami Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları və təcili-tibbi yardım briqadası cəlb olunub.

Faktla bağlı ilkin istintaq tədbirlərinə başlanılıb.

Hadisə baş verən yerdən görüntüləri təqdim edirik:/Oxu.az/

www.yenicag.az

786
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv