Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakının mərkəzində “Audi”ni qaçırdı - Saxlanıldı

Bakının mərkəzi hissəsində avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, Səbail RPİ-nin 9-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini P.Babayeva oktyabrın 26-da saat 15 radələrində İstiqlaliyyət küçəsindən “Audi” markalı avtomobilinin qaçırıldığını bildirib.

Məlumatla əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Qısa müddətdə Bakı ŞBPİ-nin Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən həmin avtomobilin R.Behbudov küçəsində hərəkətdə olduğu müəyyən edilib.

Görülmüş tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Anar Əhmədov avtomobillə birgə polis əməkdaşları tərəfindən saxlanılıb.

Səbail RPİ-də araşdırma aparılır.

www.yenicag.az

1457
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100