!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakının mərkəzində yerləşən gecə klubundan ŞOK GÖRÜNTÜLƏR - Sakinlər NARAZILIQ EDİR - VİDEO

!Reklam – Yazi

Bakı şəhəri Nəsimi rayonu Əlövsət Quliyev küçəsində fəaliyyət göstərən “HARABE” adlı gecə klubunda azyaşlı uşaqlar və cinsi azlıqların toplaşdığı barədə redaksiyamıza məlumat daxil olub.

Yenicag.az xəbər verir ki, ətrafda yaşayan sakinlərin sözlərinə görə, hər həftənin cümə, şənbə və bazar günləri bura azyaşlı uşaqlar və cinsi azlıqlar toplaşır. Hər həftə sonları onlar bura yığışaraq səs-küy salaraq sakinləri narahat edirlər. Çox vaxt şəxslər arasında əlbəyaxa dava belə olur.

Hadisə yerinə gedən əməkdaşlarımız təxminən 1 saat müşahidə edərək vəziyyətlə tanış olublar və sakinlərin bildirdikləri iddialar öz əksini tapıb.

Həmçinin əməkdaşlarımızın orda olduğu zaman gecə klubundan sərxoş çıxan gənclərin yaşayış binasının qarşısında mübahisə edərək yüksək səslə bir birlərinə qarşı nalayiq ifadələr işlətməsi müşahidə edilib.

 

Fariz

www.yenicag.az

1015
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv