!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakının mərkəzindəki “gözəgörünməz” GƏLİRLİ SAHƏ: “Parkovşiklər”in də öz himayədarları var”

!Reklam – Yazi

“Parklanma məsələsində Baş Dövlət Yol Polisi İdarəsi və Bakı Nəqliyyat Agentliyi nəzarətçi orqan kimi çıxış edir”.

Bakı Nəqliyyat Agentliyi (BNA) İdarə Heyətinin sədri Vüsal Kəriml bildirib ki, park yerlərində fəaliyyət göstərən “parkovşik” adlanan şəxslərin onlara heç bir aidiyyəti yoxdur. Belə ki, həmin şəxslərin arxasında müəyyən himayədarları var.

Bu məsələ ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov Yenicag.az-a açıqlamasında qeyd edib ki, mövcud şəraitdə parklanma ilə bağlı problemlər hələ də aradan qaldırılmayıb:

“Bakıda tıxacların əsas səbəblərindən biri parklanma ərazilərinin düzgün seçilməməsidir. Faktik olaraq, parklanma üçün 15 minə yaxın yer seçilib və bu, təxminən 763 sot ərazi deməkdir. Lakin yenə də problem öz həllini tapmır.

Bu məsələ ilə bağlı qanunvericilikdə Bakı şəhəri İcra Hakimiyyəti aidiyyatı qurum kimi göstərilsə də, praktikida Bakı Nəqliyyat Agentliyi xaotik parklanmanın səbəbkar göstərilir.

Araşdırma aparsaq, “parkovşik” məsələsində hər iki qurumun adının hallandırılmasında maraqlı olan tərəflər var. Əslində, parklanma ilə bağlı məsələdə əlavə gəlir əldə etməyə maraqlı olan başqa qurumlar da var. Böyük ticarət mərkəzləri, insan sıxlığı olan bəzi ərazilərdə parklanmalar var ki, oradakı “parkovşik”lərə görə birbaşa olaraq həmin ərazinin idarəetmə orqanı məsuliyyət daşıyır”.

Parklanma qiymətlərinin çox baha olmasına da toxunan Aslan Əsədovun sözlərinə görə, bu vəziyyətin aradan qaldırılması üçün qanunvericilikdə dəyişiklik edilməlidir:

“Bu gün saatlıq, günlük və ya aylıq parklanmanın qiymətinin yüksək olması müşahidə edilir. Lakin buna baxmayaraq, parklanma ilə bağlı vergi ödənilməsi halına rast gəlinmir. Bu, onu göstərir ki, parklanma ilə məşğul olan özəl şirkətlərdə nizam-intizam qaydalarına əməl olunmur.

Düzdür, nəzarətedici orqan kimi Baş Dövlət Yol Polisi İdarəsi və Bakı Nəqliyyat Agentliyi cərimələrin yazılmasında, qaydalara düzgün əməl olunmasında xüsusi paya malikdir. Lakin buna rəğmən təzadlı məqamlar qalmaqdadır”.

Gülşən Şərif

www.yenicag.az

920
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv