!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nizami küçəsində qanunsuz kafe tikintisinin qarşısı alındı - YENİLƏNDİ

!Reklam – Yazi

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Nigar Rəfibəyli küçəsində (Fəvvarələr meydanı) şəhərsalma nəzarəti qaydasında monitorinq zamanı heç bir razılıq olmadan tikinti işlərinin aparıldığı müəyyən edilib. 

Qurumdan Yenicag.az-a bildirilib ki, tikinti dərhal dayandırılıb.

Qeyd edilib ki, məsələ barədə Komitə tərəfindən şəhərsalma nəzarəti qaydasında aidiyyəti üzrə Bakı Şəhər İcra Hakimiyyəti və Səbail Rayon İcra Hakimiyyətinə məlumat verilərək, qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görülməsi barədə müraciət olunub:

“Hazırda tikinti işləri tam olaraq dayandırılıb, Komitənin Baş İdarəsinin nəzarəti altına götürülüb. Şəhərimizin nəbzinin qorunmasına biganə olmayan vətəndaşlara təşəkkür edirik”.

Qeyd edək ki, sosial şəbəkələrdə Bakının Nizami küçəsində kafe tikintisi barədə məlumat paylaşılıb. Vətəndaşlar bu addıma irad bildirib və tikintiyə icazə verilməsini pisləyiblər.

***

14:32

Bakının Nizami küçəsində (“Tarqovı”) yeni kafe tikilir.

Yenicag.az xəbər verir ki, bu barədə fotolar sosial şəbəkələrdə yayılıb.

Belə ki, Fəvvarələr meydanının arxasındakı obyektlərin sayı və sahəsi artırılır.

Vətəndaşlar bu addıma irad bildirib, bu cür tikintiyə icazə verilməsini pisləyiblər.

Qeyd edilib ki, bununla küçə daha da daralır və piyadaların gəzinti zonaları zəbt edilir.

PhotoStock.az ərazidən görüntüləri lentə alıb.

Fotoları təqdim edirik:

www.yenicag.az

378
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv