!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakının Parisə MÜMKÜN CAVABI: “Fransa ilə diplomatik münasibətlərə yenidən baxılmalıdır” – ŞƏRH

!Reklam – Yazi

“Özləri boyunlarına almasalar belə, Fransa bu kimi davranışlarla ən böyük pisliyi Ermənistana edir”.

Bu fikirləri Fransa prezidenti Emmanuel Makronun Azərbaycanın ərazi bütövlüyünü növbəti dəfə şübhə altına alan fikirlər səsləndirməsinə münasibət bildirən siyasi şərhçi Azər Həsrət Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan dövləti bundan sonra Fransa ilə “erməni məsələsi”ni birmənalı olaraq müzakirə etməməlidir:

“Mənə elə gəlir ki, Azərbaycan dövləti Fransa ilə diplomatik münasibətlərə rəsmi qaydada yenidən baxmalıdır. Ümumiyyətlə, Fransanın buradakı səfirinə nota təqdim olunmalıdır.

Eyni zamanda, bundan sonra Azərbaycanla Ermənistan arasındakı məsələlərin müzakirəsində Fransanın hər hansı formada iştirakının yolverilməz olması haqqında Milli Məclis xüsusi bəyanatla çıxış etməlidir. Xarici İşlər Nazirliyi isə bu bəyanatı Fransaya çatdırmalıdır. Azərbaycan dövləti bundan sonra Fransa ilə “erməni məsələsi”ni birmənalı olaraq müzakirə etməməlidir.

Fransa hər hansı platformada buna cəhd göstərərsə, Azərbaycan o müstəvini dərhal tərk etməlidir. Fransa Azərbaycandan üzr istəyənə və daxili işlərimizə burun soxduğuna görə peşmanlığını bildirənə qədər bu yanaşma dəyişməməlidir. Yalnız bundan sonra məlum müzakirələrdə Fransanın iştirakına razılıq vermək olar.

Fikrimcə, Azərbaycan növbəti mərhələdə Fransanın masada olmasının qarşısını almaldıır. Bilirsiniz ki, Fransanın iştirakı ilə sonuncu qısa müzakirələr Kişinyovda – beştərəfli görüşdə aparılmışdı, daha sonra şəkil də çəkdirilmişdi. Düşünürəm ki, bundan sonra Azərbaycan prezidenti hətta şəkil çəkdirmək üçün belə Fransa prezidenti ilə eyni masa arxasında oturmamalıdır.

Fransa qoy getsin işi ilə məşğul olsun. Əslində, özləri boyunlarına almasalar belə, Fransa bu kimi davranışlarla ən böyük pisliyi Ermənistana edir. Çünki nizamlama prosesinin məntiqi sonluğa çatdırılmamasının əziyyətini məhz Ermənistan və ermənilər çəkir. Aydındır ki, Fransa türk düşmənçiliyini aktiv saxlamaq üçün belə hərəkət edir.

Azərbaycan artıq Fransaya o şansı tanımamalıdır. Ermənistan da nəhayət anlamalıdır ki, münasibətlərin normallaşmasının qarşısındakı əsas əngəllərdən biri də Rusiya və İranla yanaşı, həm də Fransadır”.

A.Zeynalov

www.yenicag.az

564
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv