!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakının qəlizləşən taksi “ÇIXMAZI”: “Bu işləri bir qərarla tənzimləmək və problemləri...”

!Reklam – Yazi

“Taksi daşımaları ilə bağlı digər aktual problemlərdən biri də qiymət məsələsidir”.

Bu fikirləri taksilərin fəaliyyətinə dair yeni qərarları və onların mümkün nəticələrini dəyərləndirən nəqliyyat məsələləri üzrə ekspert, dosent Fərhad Eyyubov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, taksilərin fəaliyyətini müəyyən sərəncam və qərarlarla nizamlamaq çox çətindir:

“Bakıda taksi daşımaları çox bərbad vəziyyətdədir. Belə məsələləri nisbətən nizamlamaq üçün müvafiq qərarlar əsasında müəyyən işlər görülməlidir. Ümumiyyətlə, taksi daşımalarını fərman və qərarlarla nizamlamaq çox çətin məsələdir.

Taksi daşımaları əhalinin tələbatına uyğun olmalı, təhlükəsizliyi təmin etməli, nəqliyyat vasitələrinə qoyulan standartlar nizamlanmalı, Bakı şəhərində ünvanlaşma problemləri kimi məsələlər həll edilməlidir. Eyni zamanda, taksi daşımaları üçün xüsusi dayanacaqlar quraşdırılmalıdır. Düşünürəm ki, 2016-cı ildən əvvəl istehsal olunmuş nəqliyyat vasitələrinin istismarına qoyulan qadağa müsbət addımdır.

Ölkəmizə gətirilən nəqliyyat vasaitələrinin texniki şərtlərinə daha ciddi diqqət yetirilməlidir. Lakin dediyim kimi, bu işləri bir qərarla nizamlamaq həddən artıq çətindir. Demək olar ki, paytaxtda sərnişin daşımalarını tənzimləyən konkret mərkəz yoxdur. Bu sahəyə nəzarət müxtəlif qurumların və sahibkarların əlindədir.

Taksi daşımalarının özünəməxsus qaydaları var ki, həmin nəqliyyat vasitələrini dövriyyəyə buraxan şəxslər onları yaxşı bilməlidir. Ümumiyyətlə, icra mexanizmi olmayanda, hər bir qərar havada qalır. Burada da həmin icra mexanizmi müxtəlif amillərdən asılı olduğu üçün bunların hamısı öyrənilməlidir.

Taksi daşımaları ilə bağlı digər aktual problemlərdən biri də qiymət məsələsidir. Bəzən daşımalarda qiymətlərdə çox böyük fərqlər olduğu açıq-aydın görünür. Bu pərakəndəliyin də həll yolları araşdırılmalıdır”.

İsmayıl Bakuvi

www.yenicag.az

357
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv