!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakının SƏRT MÖVQEYİ: “FETÖ-dən Azərbaycan və Türkiyəyə qarşı istifadə edən qüvvələr...” - POLİTOLOQ

!Reklam – Yazi

“Təəssüflər olsun ki, Azərbaycan və Türkiyənin FETÖ-yə qarşı apardığı mübarizə fonunda həmin təşkilatı dəstəkləyən, ondan türk dünyasına qarşı istifadə etməyə çalışan qüvvələr hələ də mövcuddur”.

Bunu Azərbaycanda FETÖ-yə qarşı keçirilən əməliyyatlar fonunda saxlanılanların gələcək taleyindən danışan politoloq Tural İsmayılov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Azərbaycanda FETÖ-çülərə qarşı uzun müddət əvvəldən də əməliyatlar keçirilib:

“Ölkəmiz müxtəlif dini ideologiyalar adı altında siyasi, təhlükəli oyunlar quran təşkilatların sekulyar Azərbacyanda ayaq açmağına icazə verməyib. Və icazə vermək niyyəti də yoxdur. Bu baxımdan Türkiyədə FETÖ-yə qarşı başladılan əməliyyatlarla yanaşı Azərbaycanda da bu qəbildən olan tədbirlərə start verilib.

Ölkəmiz bu məsələdə heç bir zaman əfvedici mövqedə dayana bilməz.

FETÖ elə bir təhdiddir ki, hətta sözügedən məsələ ilə bağlı dünyanın bütün ölkələri daha ciddi və radikal addımlar atmalıdır.

Təəssüflər olsun ki, Azərbaycan və Türkiyənin FETÖ-yə qarşı apardığı mübarizə fonunda həmin təşkilatı dəstəkləyən, ondan türk dünyasına qarşı istifadə etməyə çalışan qüvvələr hələ də mövcuddur.
Azərbaycanda müxtəlif casus şəbəkələrinin ayaq açması üçün şərait yoxdur. Azərbaycanda güc strukturları, hüquq-mühafizə orqanları FETÖ də daxil olmaqla müxtəlif təhlükəli təriqətlərin və “ideologiyaların” ölkəmizdə ayaq açmasına heç bir zaman icazə verə bilməz”.

Nəsimi Ələsgərli

www.yenicag.az

349
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv