!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakının tıxac olan küçə və prospektləri – SİYAHI

!Reklam – Yazi

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Yenicag.az xəbər verir ki. mərkəzdən verilən məlumata görə, hazırda paytaxt yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:

1. Ziya Bünyadov prospektinin, Ələsgər Qayıbov küçəsi ilə kəsişməsindən başlayaraq, Çermet yol ötürücüsü üzərindən, DİN Hospitalın qarşısına qədər olan hissəyə qədər – əsas yolda, “20 Yanvar” dairəsi istiqamətində sıxlıq davam edir.

2. Bakı – Sumqayıt şosesində, Masazır dairəsi istiqamətindən başlayaraq, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısına qədər, “20 Yanvar” dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

3. Moskva prospektində, əsas yol və köməkçi yolda, “20 Yanvar” dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

4. Binəqədi şosesində, əsasən Biləcəri – Baksol yolu ilə kəsişməyə qədər, şəhər istiqamətində sıxlıq müşahidə olunur.

5. Koroğlu Rəhimov küçəsində, Akademik Həsən Əliyev küçəsi istiqamətində sıxlıq müşahidə olunur. Sıxlıq əsasən, Fətəli xan Xoyski prospekti ilə kəsişmə olan hissədəki yerüstü piyada keçidə qədərdir.

www.yenicag.az

389
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv