Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Bakının üç rayonunda və Qazaxda qaz olmayacaq

Bu gün səhər saat 09:00-dan Bakının Qaradağ rayonu, Qobustan qəsəbəsində bir qrup istehlakçının qaz təchizatı dayandırılıb.

Bu barədə Yenicag.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, bu müddət ərzində qaz xəttinin mənbəyə birləşdirilməsi işləri icra olunacaq.

Saat 10:00-dan orta təzyiqli qaz kəmərinin kipliyə sınaq olunması məqsədilə Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində, təmir bərpa işlərinin yerinə yetirilməsi ilə əlaqədar isə saat 10:00-dan 16:00-dək Qazax rayonunun bir neçə yaşayış sahəsində qaz təchizatı dayandırılacaq.

Saat 10:00-dan etibarən işlər başa çatanadək Qaz İxrac İdarəsi də təmir işləri həyata keçirdiyindən Xətai rayonunun bir neçə prospekt və küçələrində qaz fasilələrlə veriləcək.

www.yenicag.az

2656
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM