!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın monoton İQTİSADİ XƏRİTƏSİ: Bakı ilə bölgələr arasında uçurum nədən yaranır?

!Reklam – Yazi

“Onların verdiyi yanlış qərarlar mövcud vəziyyətə düzgün diaqnoz qoya bilməməklərindən qaynaqlanır”.

Bu fikirləri Bakı və Abşeron yarımadasının ölkə iqtisadiyyatında mütləq paya sahib olmasının səbəblərini şərh edən iqtisadçı Elçin Rəşidov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, müvafiq dövlət qurumlarının yanlış fəaliyyəti bölgələrin iqtisadi inkişafına əngəl yaradır:
“Əhalinin ölkə üzrə sıxlığını əks etdirən müvafiq xəritələr var. Azərbaycanın da analoji xəritəsində əhalinin ən sıx olduğu ərazinin Bakı və paytaxtətrafı yerlər olduğunu görürük. Əslində, bu xəritə həm də Azərbaycanın iqtisadi gəlirlərinin bölgüsü ilə ilə üst-üstə düşür.

Yəni Bakıətrafı ərazilər Azərbaycanın gəlirləri üzrə çox mühüm yer tutur. Bu da neft və qaz hasilatında Abşeron yarımadasının əsas yer tutması ilə bağlıdır. İqtisadiyyatda qeyri-neft sektorunun payının kiçik olması əhalinin digər ərazilərə yayılmağını əngəlləyən ciddi faktor kimi çıxış edir.

Belə olan halda isə bölgələrdən Bakıya yönələn insan axını nəticəsində problemlər yaranır və onların aradan qaldırılması üçün təsirli addımlar atılmalıdır. Bu şəraitdə zamanında atılmalı olan addımlar və indi görülməsi zəruri olan işlərlə bağlı təbii suallar yaranır.

Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, ölkənin iqtisadi vəziyyəti yumşaq desək, bərbaddır. Hətta müvafiq nazirlik və dövlət qurumları da bu sahədə çox primitiv şəkildə işləyirlər. Nəticədə də çox yanlış və əks effekt doğuran qərarlar qəbul edilir. Hətta Mərkəzi Bank kimi mühüm struktur da az qala, “iqtisadçılar klubu”na çevrilib və oradakılar nə etdiklərinin fərqində deyillər.

Onların verdiyi yanlış qərarlar mövcud vəziyyətə düzgün diaqnoz qoya bilməməklərindən qaynaqlanır. Yanlış diaqnozlar səhv “çıxış yolları”nın seçilməsinə və ölkənin monetar siyasətinin effektivsizliyinə gətirib çxarır.

Mərkəzi Bank kimi, Neft Fondunu da “iqtisadçılar klubu” adlandıra bilərik. Bu fond öz yanlış fəaliyyəti ilə ölkəyə hər il külli miqdarda maddi ziyan vurur. İqtisadiyyat Nazirliyi və digər qurumların də eyni vəziyyətdə olduğunu desək, yanılmarıq.

Bütün bu amillər fonunda qeyri-neft sektoru inkişaf edə bilmir və bu da ölkənin mövcud iqtisadi xəritəsini yaradır, iqtisadi ağırlıq Bakının payına düşmüş olur. Bu nüansların qarşılıqlı nəticəsi olaraq paytaxtda bu qədər əhali sıxlığı yaranıb. İnsanlar məhz iş tapmaq və pul qazanmaq ümidi ilə bu gəlirlərin ətrafına yığışıblar. Bunun iqtisadi vəziyyətdən başqa səbəbi yoxdur və dediyimiz tendensiya isə daha da genişlənir”.

Yusif Səmədzadə

www.yenicag.az

278
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv