!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıya qar yağacaq? - Rəsmi AÇIQLAMA

!Reklam – Yazi

Yaxın iki gün ərzində – dekabrın 19-20-i ölkə ərazisində hava şəratinin sabitləşəcəyi və gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Yenicag.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. O xatırladıb ki, əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində dekabrın 17-dən 18-i səhərədək qeyri-sabit, küləkli, yağıntılı hava şəraiti müşahidə olunub:

“Bəzi yerlərdə qar yağdı və yağan qar nəticəsində bəzi bölgələrdə qar örtüyü əmələ gəldi. Lakin yaxın günlərdə ölkə ərazisində hava şəraitinin sabitləşəcəyi gözlənilir”.

Xatırladaq ki, dekabrın 18-i saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə qar qağıb, gecə və səhər saatlarında Abşeron yarımadasının bəzi yerlərində yağış sulu qara keçib. Əsən güclü şimal-qərb küləyi səhər saatlarından 8-13 m/s-dək zəifləyib. Qar örtüyünün hündürlüyü Şahdağda 16 sm, Daşkəsəndə 15 sm, Şəkidə 14 sm, Əlibəydə (Zaqatala) 13 sm, Ordubadda 11 sm, Sarıbaş (Qax), Gədəbəydə 10 sm, Qrızda 8 sm, Yardımlıda 7 sm, Xaltan, Şamaxı, Lerikdə 4 sm, Göygöl, İsmayıllı, Quba, Qusarda 3 sm, Altıağac, Qobustan, Şahbuzda 2 sm, Qəbələdə 1 sm olub.

www.yenicag.az

172
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv