!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıya qar yağacaq, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ

!Reklam – Yazi

Bakıda və Abşeron yarımadasında yanvarın 13-ü səhərdən 14-ü axşamadək havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Şimal-qərb küləyinin yanvarın 13-ü səhərdən 14-dək 15-20 m/s, arabir 23-25 m/s, yanvarın 13-ü səhər və gündüz isə yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən xəbərə görə, havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə enərək, yanvarın 14-15-i gecə saatlarında 0-3 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında yanvarın 12-si əsasən qərb rayonlarında, 12-si axşamdan 15-dək isə bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.

Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara bölgəsində yağıntıların intensiv olacağı ehtimalı var. Qərb küləyi yanvarın 12-də 15-20 m/s, yanvarın 13-14-də isə bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə enərək yanvarın 14-15-də aran rayonlarında gecə 3-8 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti, dağlarda gecə 10-15, gündüz 2-7 dərəcə şaxta olacaq.

Yanvarın 14-15-də gecə və səhər bəzi dağlıq və dağ

www.yenicag.az

204
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv