!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Baku International HR Forum" işinə başladı - VİDEO

!Reklam – Yazi

Azərbaycan İnsan Resursları İnstitutu tərəfindən təşkil edilən “Baku International HR Forum” (BIHRF) öz işinə başlayıb.

Yenicag.az xəbər verir ki, əsas məqsədi ölkəmizdə insan kapitalının inkişafına dəstək vermək olan Azərbaycan İnsan Resursları İnstitutunun təşkilatçılığı ilə keçirilən “Baku International HR Forum”da 6 ölkədən 16 spiker iştirak edib.

300-ə yaxın iştirakçının qatıldığı forumda insan kapitalının inkişafı, dünyadakı yeniliklər və təcrübələr ətrafında dinləmələr keçirilib.

Forumla bağlı Yenicag.az-a açıqlama verən Azərbaycan İnsan Resursları İnstitutunun təsisçisi Emil Hüseynov bildirib ki, forum prezident İlham Əliyevin imzaladığı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” Sərəncamında əks olunan beş Milli Prioritetdən 3-sü – “Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı” bəndindən irəli gələrək həyata keçirilir.

Emil Hüseynov qeyd edib ki, forumun sonunda Dünya İnsan Kapitalının İnkişafı Platformasının elan edilməsi layihənin yeni müstəvidə dəyərləndirilməsinə yol açacaq.

Qeyd edək ki, ölkəmizdə birinci dəfə keçirilən “Baku International HR Forum” insan resursları sahəsinin təsir gücünə malik ən peşəkar nümayəndələrini bir araya gətirərək İnsan Resursları sahəsində dünyada tətbiq olunan yeniliklər, bu sahədə müasir innovasiyalar və texnologiyanın inkişafı, fərqli təcrübələrin dialoqlar, müzakirələr və fikir mübadilələri ilə paylaşılmasını hədəfləyən qlobal Forumdur.

Forumun Media tərəfdaşı “Yeni Çağ” Media Qrupudur.

www.yenicag.az

764
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv